Lukaşenkonun Rusiyaya səfəri

post-img

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya işçi səfərə yola düşüb və sentyabrın 15-də rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparmağı planlaşdırır. Bu barədə Belarus KİV-i məlumat yayıb. Xəbəri “İnterfaks.ru” yayıb.

Məlumata görə, prezidentlər beynəlxalq gündəlik, regional problemlər, sənayə, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələrində əməkdaşlıq barədə fikir mübadiləsi aparacaqlar.

Qeyd edək ki, Putin və Lukaşenko keçən dəfə bu ilin iyulunda Rusiyada görüşüblər. O vaxt Belarus prezidenti Rusiya-Afrika sammitində də iştirak edib. 

Paşa ƏMİRCANOV
XQ

Dünya