Nobuyuki Sakakibara: Azərbaycanda daha güclü yarış təşkil edəcəyik

post-img

“Rizin” Döyüş Federasiyası 2015-dən fəaliyyət göstərir. Xaricdəki ilk yarışımızı Azərbaycanda keçiririk. Düşünürəm ki, burada daha güclü yarış təşkil edəcəyik. Azərbaycan rəhbərliyinə, Gənclər və İdman Nazirliyinə turnirin təşkili üçün şərait yaratdıqlarına görə təşəkkürümü bildirirəm.

XQ xəbər verir ki, bu sözləri “Rizin” Döyüş Federasiyasının təsisçisi Nobuyuki Sakakibara “Landmark 7” turnirinə həsr edilmiş mətbuat konfransında deyib.

O qeyd edib ki, yarışın Yaponiya və digər ölkələrdə də geniş yayımlanması planlaşdırılıb. 

Qeyd edək ki, Milli Gimnastika Arenasında noyabrın 4-də təşkil olunacaq yarışda Azərbaycan təmsilçiləri Tofiq Musayev, Vüqar Kərəmov, Mehman Məmmədov, Tural Rəhimov və Nəriman Abbasov iştirak edəcəklər.

İdman