Mərakeşdə zəlzələdə ölənlərin sayı 2500-ə çatıb

post-img

Xəbər verdiyimiz kimi, Mərakeşdə 6,9 bal gücündə zəlzələ qeydə alınıb. Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, zəlzələ nəticəsində ölənlərin sayı 2500-ə çatıb.

Təbii fəlakət nəticəsində 2 400-dən çox insan yaralanıb. Ölən və yaralıların sayının artacağı istisna olunmur.

Qeyd edək ki, Mərakeş şəhərindən 72 kilometr qərbdə baş verən zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar ətraf şəhərlərdə, o cümlədən Aqadir, Kasablanka, Kenitra, Rabbat, Essauirada da hiss olunub.

ABŞ Geoloji Xidməti 120 ildən çox müddətdə bölgədə bu şiddətdə zəlzələnin baş vermədiyini bildirib.

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

Rizvan FİKRƏTOĞLU,
XQ

Dünya