Rusiya Ermənistana rubl verməməyi təklif edir

post-img

Rusiya Bankı VTB-nin İdarə Heyətinin sədri Andrey Kostin rublun xaricə çıxarılması üçün “boşluqları” bağlamağı təklif edib.

“Siz sadəcə başa düşməlisiniz ki, biz sülh dövründə yaşamırıq. Bizə öyrəşdiyimiz işlərdən əlavə bəzi əlavə tədbirlərə (rublu dəstəkləmək üçün) ehtiyacımız var. Məsələn, boşluqlar qalır.

O, "Tutaq ki, siz xaricə pul köçürmək qərarına gəldiniz: ayda 1 milyon dollara məhdudiyyətlər qoyulub, lakin rublla istədiyiniz qədər köçürə bilərsiniz. Sonra nə olacaq? Ermənistana bir milyard köçürdünüz, o da dərhal dollar müqabilində qaytarılır. Məsələn, bu fürsəti bağlamaq lazımdır” deyib.

XQ

Dünya