Rodos adasından tәxliyә edilәn turistlәr Marmarisә gәtirilib

post-img

Yunanıstanın Rodos adasındakı meşə yanğını səbəbindən təxliyə edilən 95 turist bərə ilə Muğlanın Marmaris rayonuna gətirilib.

Avropa ölkələrindən tətil üçün Rodos adasına gedən və meşə yanğını səbəbindən Yunanıstan səlahiyyətliləri tərəfindən təxliyə edilən 95 turist dünən axşam saatlarında “Rodos Kralı” bərəsi ilə Marmaris limanına çatdırılıb.

Türistlər gömrük əməliyyatlarından sonra Dalaman hava limanına aparılıb.

Anar ƏLİ,
“Xalq qəzeti”

Dünya