Şimali Koreya ballistik raketlər buraxıb

post-img

Yaponiya Baş nazirinin Ofisinin tviter hesabında məlumat verilib ki, Şimali Koreya şübhəli iki ballistik raketini buraxıb.

Raketlərin ABŞ-ın nüvə sualtı qayığının cənubdakı hərbi dəniz bazasına çatmasından bir neçə saat sonra, Koreya yarımadası ilə Yaponiya arasında yerləşən dənizə atıldığı bildirilib.

CNN yazıb ki, raketlərin hər biri təxminən 550 kilometr uçduqdan sonra dənizə düşüb.

Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"

Dünya