Bolqarıstan 2025-ci ilədək “MIQ-29" qırıcılarından istifadə edəcək

post-img

Bolqarıstan Hərbi Hava Qüvvələri (HHQ) 2025-ci ilə qədər köhnə “MiQ-29” qırıcılarından istifadə edəcək.

Bolqarıstan müdafiə naziri Todor Taqarev parlamentdəki çıxışında deyib ki, ölkəsinin ABŞ-dan aldığı yeni F-16 döyüş təyyarələri gələnə qədər Rusiya istehsalı olan “MiQ-29”lardan istifadə ediləcək.

Bolqarıstanın müdafiə nazir bildirib ki, mövcud “MİQ”lərin texniki vəziyyəti problemlər yaratsa da, başqa təyyarələr alınmayacaq.

Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"

Dünya