ABŞ Ukraynaya ATACMS raketləri verməyəcək

post-img

ABŞ Ukraynanı uzaqmənzilli raketlərlə təmin etməyə tələsmir. Belə ki, Ağ Ev Kiyevin ATACMS operativ-taktiki raketləri istəməsinə baxmayaraq, bu raketlərin Ukraynaya tədarük edilməsinə ehtiyac duymur.

“Vaşinqton Post” məlumat yayıb ki, konqresmenlərin artan təzyiqlərinə və Ukrayna hökumətinin tələblərinə baxmayaraq, ABŞ administrasiyası hələlik bu barədə qərara sadiqdir.

Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"

Dünya