Ukrayna F-16 qırıcılarını alacaq, ancaq onların Kiyevə çatdırılması bir qədər vaxt aparacaq. Bu barədə CNN-ə müsahibəsində ABŞ-ın Dövlər katibi Entoni Blinken bəyan edib. Məlumatı “Anadolu” verib.
Blinkenin sözlərinə görə, bu qırıcıların verilməsi qərar qəbulundan asılı olmayaraq baş verəcək. Belə ki, söhbət hazırlıqlardan, xidmət məsələsindən, təyyarələrdən ümumqoşun əməliyyatlarında istifadə imkanlarının mövcudluğundan gedir. “Bütün bunlar vaxt tələb edir”, - deyə o bildirib.
Dövlət katibi deyib: “Ona fokuslanmaq lazımdır ki, ukraynalılar onları nə vaxt alacaq, onlar buna lazımınca hazırlaşıblarmı, bu təyyarələrə xidmət edə və ağıllı şəkildə istifadə edə biləcəklərmi”.
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”