Elbrus Kərimli Avropa birinciliyinə qələbə ilə başladı

post-img

Azərbaycan Boks Federasiyasının məlumatına görə, boksçumuz Elbrus Kərimli Rumıniyanın Ployeşti şəhərində keçirilən Avropa birinciliyinə qələbə ilə başlayıb. 54 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı Françesko Crucillanı (İtaliya) məğlub edib.

O, onaltıdabir final çərçivəsində baş tutan döyüşdə 3:2 (29:28, 29:28, 28:29, 29:28, 28:29) hesabı ilə qalib gəlib. Kərimli ikinci qarşılaşmasında şotlandiyalı Yakub Naismitlə üz-üzə gələcək.

Qeyd edək ki, 32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçunun qatıldığı Avropa birinciliyinin dördüncü günündə Azərbaycan millisinin 4 üzvü rinqə çıxacaq.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman