Azərbaycan Atıcılıq Federasiyasının gəncləri eyni növdə ölkəmizə iki medal qazandırıblar.
Azərbaycan Atıcılıq Federasiyasından aldığımız məlumata görə, Koreyanın Çanqon şəhərində Beynəlxalq Atıcılıq İdman Federasiyasının Gənclər arasında Dünya Çempionatında (14-25 iyul) bu gün gənc atıcılarımız uğur qazanıblar.
Belə ki, iyulun 24-də qızlar arasında 50 m məsafəyə tapançadan atəş üzrə yarışda Xanna Əliyeva 520 xalla birinci, 510 xalla Leyli Əliyeva üçünçü yeri tutaraq, eyni növdə həm qızıl, həm də bürünc medalı ölkəmizə qazandırıblar.
Elçin ABBASOV,
"Xalq qəzeti"