Qızlardan ibarət U-16 millimiz Avropa çempionu oldu

post-img

Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunun final oyunu baş tutub. 

Azərbaycan Basketbol Federasiyasından "Xalq qəzeti"nə bildirilib ki, qızlardan ibarət U-16 qız millimiz və ev sahibi Andorra seçməsi arasında keçirilmiş final oyununa sürətli başlayan yığmamız yekunda rəqibə 57-45 hesabı ilə qalib gələrək, heç bir oyunda məğlub olmadan Avropa çempionu olub. 

Qeyd edək ki, bu çempionluq Azərbaycan qadın basketbolu adına tarixi bir ilk və çox böyük uğurdur.

Elçin ABBASOV,
"Xalq qəzeti"



İdman