Lukaşenko: “Vaqnerçilər” Polşaya tələsirlər

post-img

Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, “Vaqnerçilər" onu narahat etməyə başlayıblar”, çünki onlar “Varşavaya getmək istəyirlər”.

“İnterfaks” xəbər verir ki, o, bu barədə Rusiya prezidenti Vladimir Putinlə görüşdə bildirib.

“Bəlkə deməməliydim, amma deyəcəyəm. “Vaqnerçilər” bizi narahat etməyə başlayıblar. "Qərbə getmək istəyirik. Bizə icazə verin." Deyirəm ki, Qərbə getmək nəyə lazımdır? “Yaxşı, Varşavaya, Rzeşova ekskursiyaya gedək” deyib.

“Razılaşdığımız kimi, onları Belarusun mərkəzində saxlayıram, ora köçürmək istəməzdim, çünki onların əhvalı pisdir. Ancaq etiraf etməliyəm ki, onlar Birlik Dövləti ətrafında nə baş verdiyini bilirlər”, - Lukaşenko vurğulayıb.

 

Dünya