ABŞ: Rusiya Qara dənizdə gəmilərə hücum edə bilər

post-img

Rusiya Qara dənizdə mülki gəmilərə hücum edə və buna görə Ukraynanı günahlandıra bilər. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Adam Hodge bildirib.

Onun sözlərinə görə, ABŞ hakimiyyət orqanlarında Rusiyanın Ukrayna limanları yaxınlığında dəniz minaları quraşdırdığı barədə məlumat var.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi iyulun 20-dən etibarən Qara dənizdən keçərək Ukrayna limanlarına üzən bütün gəmilərin potensial hərbi hədəflər hesab ediləcəyini açıqlayıb.

“Xalq qəzeti”

 

Dünya