Rusiya Ukrayna limanlarına gələn gəmiləri hədələyib

post-img

Rusiyanın Müdafiə Nazirliyi xəbərdarlıq edib ki, bu gün saat 00.00-dan etibarən Ukrayna limanlarına gələn bütün gəmilər potensial hərbi yük daşıyıcısı hesab olunacaq. Məlumatı “İnterfaks.ru” verib.

Rusiya hərbçilərinin məlumatına görə, bu, “taxıl sövdələşməsi”nin dayandırılması və Qara dənizdə humanitar dəhlizin ləğvi ilə bağlıdır.

RF Müdafiə Nazirliyindən bildirilib: “Qara dəniz təşəbbüsünün və humanitar dəhlizin dayandırılması ilə bağlı 20 iyul 2023-cü il Moskva vaxtı ilə saat 00.00-dan etibarən Ukraynanın Qara dənizdəki limanlarına yan alan bütün gəmilər hərbi təyinatlı yüklərin daşıyıcısı hesab olunacaq”. 

Paşa ƏMİRCANOV, 

“Xalq qəzeti”

 

Dünya