Hindistan Aya pilotsuz kosmik gəmi göndərib. “Chandrayaan-3” adlanan gəmi missiyasını uğurla tamamlarsa, Hindistan ABŞ, Sovet İttifaqı və Çindən sonra Aya sərbəst eniş edən dördüncü ölkə olacaq.
Ayın qütb səthi böyük kraterləri olan sıldırımlı bölgədir. Bəzi kraterlər milyonlarla ildir ki, Günəş işığı almır və temperatur son dərəcə aşağıdır. Nəqliyyat vasitələrini idarə etmək çətindir. Bu səbəblə Cənub Qütbü kosmik tədqiqatlar üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki oradakı buz təbəqələri gələcəkdə köçürmə stansiyaları qurulmasını mümkün edə bilər. Hər şey planlaşdırıldığı kimi olarsa, Hindistan Ayın tədqiq edilməmiş sahəsi olan Cənub qütbünə “yumşaq eniş” edən ilk ölkə olacaq.
Qeyd edək ki, 2020-ci ildə buraxılan “Chandrayaan-2” orbitə uğurla yerləşdirilib, lakin Aya enəcək modul və pilotsuz nəqliyyat vasitəsi yerə çırpılaraq parçalanıb.
Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”