2007-ci il modelli “iPhone” rekord qiymətə satılıb

post-img

Qutusu heç vaxt açılmayan, hətta üzlüyü belə çıxarılmayan 2007-ci il model olan  “iPhone” hərracda rekord qiymətə satılıb.

LCG auksion tərəfindən hərraca çıxarılan telefon indiyə qədər görülməmiş ən yüksək qiymətə alıcı tapıb. “iPhone” modeli 158 min 644 dollar qiymətlə yeni sahibinə təhvil verilib. İstifadə oluna bilməyəcək qədər köhnə olan telefon hərracın qalibi tərəfindən kolleksiya məqsədilə alınıb.

Qeyd edək ki, bu məbləğlə 4 “Tesla Model 3” maşını və ya 200 “iPhone 14” satınalmaq olar. Həmçinin, budəfəki satış 63 min 356 və 54 min 904 dollar olan əvvəlki satışları geridə qoyub. 

Aytən NƏCƏFOVA, “Xalq qəzeti”

 

Dünya