Türkiyə Prezidenti Fars körfəzi ölkələrinə səfər edəcək

post-img

Türkiyə Prezidentinin iştirakı ilə Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərində biznes-forumlar keçiriləcək. Bu barədə Türkiyənin Xarici Əlaqələr üzrə Şurasının “Twitter” səhifəsində məlumat verilib. 

Xəbəri “Anadolu” verib. 

Məlumatda deyilir: “Prezident Rəcəb Tayyib Ərdoğanın Fars körfəzi ölkələrinə səfəri ilə əlaqədar Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-də biznes-forumlar təşkil edəcəyik”. 

Forumlar Səudiyyənin Ciddə şəhərində iyulun 17-də, Qətərin Doha şəhərində iyulun 18-də, BƏƏ-nin Əbu-Dabi şəhərundə iyulun 19-da baş tutacaq. 

Paşa ƏMİRCANOV, 

“Xalq qəzeti”

Dünya