Sambo üzrə Azərbaycan kuboku keçiriləcək

post-img

SSRİ-nin və Azərbaycan Respublikasının Əməkdar məşqçisi Əbülfəz Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr və gənclər arasında sambo güləşi üzrə Azərbaycan kuboku keçiriləcək.

 Yarış Abşeron Olimpiya İdman Kompleksində təşkil ediləcək. İyulun 15-də 2005, 2006, 2007-ci il təvəllüdlü yeniyetmələr, ikinci günü 2003, 2004-cü il təvəllüdlü gənclər mübarizə aparacaqlar.

Yarış Gənclər və İdman Nazirliyi və Azərbaycan Sambo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir. Turnirdə ölkəmizin şəhər və rayonlarından 30-dan çox idman təşkilatlarından 300-dən artıq idmançı iştirak edəcək.

 

Leyla QURBANOVA,

“Xalq qəzeti”

İdman