Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Rusiyanın dövlət başçısı Vladimir Putin gələn ay Türkiyəyə səfərə gələcək. Bu barədə Ərdoğan Litvada keçiriləcək NATO sammitinə yola düşməzdən əvvəl hava limanında jurnalistlərlə söhbərində bəyan edib. Məlumatı “Anadolu” verib.
Türkiyə lideri deyib ki, görüşdə “taxıl sazişi” müzakirə olunacaq: “Ukrayna öhdəlikərini yerinə yetirməyə hazır olduğunu bildirib. Əminəm ki, Putin də eyni mövqeyi nümayiş etdirəcək”.
"Xalq qəzeti”