Göygöl rayonunda taxıl biçini uğurla davam edir. Artıq iyulun 8-dək rayonun taxıl zəmilərindən 4 min tona yaxın məhsul yığılıb. Rayonda əkilən1575 hektar sahədə yığıma fiziki və hüquqi şəxslərə məxsus 5 və dislokasiya olunmuş 3 kombayn cəlb edilmişdir.
Qeyd etmək lazımdır ki, biçin vaxtı yarana biləcək problemlərin vaxtında və operativ şəkildə aradan qaldırılması üçün Göygöl DAİM-də xüsusi qərargah fəaliyyət göstərir. Qərargah üzvləri sahələrə müntəzəm baş çəkir, fermerlərin arzu və təkliflərini öyrənir, onlara yardımçı olurlar.
Rayon icra hakimiyyəti məhsulun tez və itkisiz yığılması üçün qarşıda konkret vəzifələr qoyub. Gündəlik hesabalkar, rəqəmlərlə yanaşı, problemlər haqqında da icra hakimiyyətinə məlumatlar verilir.
Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri