Rusiya Prezidenti Vladimir Putin Özbəkistanın yeni seçilmiş dövlət başçısı Şavkat Mirziyoyevə zəng edərək, onu iyulun 9-da keçirilmiş növbədənkənar seçkidə yenidən uğur qazanması münasibətilə təbrik edib. Bu barədə RF Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Söhbət zamanı Putin və Mirziyoyev Rusiya və Özbəkistan arasında dostluq münasibətlərinin müttəfiqlik və strateji tərəfdaşlıq prinsipləri əsasında davam etdiriləcəyinə qarşılıqlı əminliklərini bildiriblər.
Bir qədər əvvəl isə Putin Mirziyoyevə təbrik teleqramı göndərib.
P.ƏMİRCANOV,
"Xalq qəzeti”