Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın dövlət katibi Entoni Blinkenlə qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. Onlar arasında telefon danışığı olub. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib. Məlumatı “Anadolu” verib.
ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bildirib ki, diplomatiya idarələrinin başçıları əsasən iyulun 11-də başlayacaq NATO sammitini və İsveçin alyansa üvzlüyü məsələlərini müzakirə ediblər:
Miller deyib: “Entoni Blinken və Hakan Fidan transsərhəd humanitar yardım və müdafiə sahəsində ikitərəfli əməkdaşlıq barədə də fikir mübadiləsi aparıblar”.
Qeyd edək ki, diplomatlar sonuncu dəfə iyulun 8-də telefonla danışıblar.
P.ƏMİRCANOV,
"Xalq qəzeti”