Şavkat Mirziyoyev yenidən Özbəkistan prezidenti seçilib

post-img

Özbəkistanın hazırkı Prezidenti Şavkat Mirziyoyev ölkədə keçirilmiş növbədənkənar seçkilərdə qalib gəlib. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayev bəyan edib. Məlumatı “İnterfaks.ru” verib. 

MSK sədri deyib: “İlkin məlumata görə, Mirziyoyevə 13 625 055 nəfər, səsvermədə iştirak edənlərin 87,5 faizi səs verib. Bu, Mirziyoyevin dövlət başçısı seçildiyini deməyə əsas verir”.

Mirziyoyev ilk dəfə 2016-cı ilin dekabrında, Özbəkistanın ilk prezidenti İslam Kərimovun vəfatından sonra keçirilmiş növbədənkənar seçkilərdə dövlət başçısı seçilib. 2021-ci ilin oktyabrındakı seçkilərdə Mirziyoyev 80,12 faiz səslə yenidən ölkə prezidenti seçilib. 

P.ƏMİRCANOV,

"Xalq qəzeti”

Dünya