Ukrayna prezidenti Vladimir Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi brifinqdə deyib ki, bütün dünya Ukrayna taxılının ixracı üçün “taxıl dəhlizi”nin fəaliyyətində maraqlıdır və buna görə də onun fəaliyyəti Rusiyadan asılı olmamalıdır. Bu barədə “Ukrainska Pravda” məlumat yayıb.
“Bütün dünya “taxıl dəhlizi”nin işləməsində maraqlıdır. Çox vacibdir ki, biz tərəfdaşlarla elə davranmağa başlayaq ki, “taxıl dəhlizinin” həyatı, deməli, başqa qitələrdə, o cümlədən Asiya və Afrikada insanların həyatı Prezidentin hansı əhval-ruhiyyədən asılı olmasın".
Biz hər dəfə görüşə bilmirik ki, dünyada insanların qarşıdakı iki ay ərzində necə yaşayacaqları və yenidən necə danışıqlar aparacağı barədə düşünək. Ona görə də bu “dəhlizin” bir dövlətin istəyindən asılı olmaması çox zəruridir”, - deyə Zelenski bildirib.
Rəcəb Tayyib Ərdoğan öz növbəsində qeyd edib ki, Türkiyə iyulun 17-dən sonra “taxıl dəhlizi”nin fəaliyyətini davam etdirməsi üçün səylər göstərir.
"Arzumuz budur ki, “taxıl sövdələşməsi” iki ayda bir deyil, heç olmasa üç ayda bir davam etsin”, - Türkiyə prezidenti bildirib.
S.ELAY,
"Xalq qəzeti"