“Vaqner”in Suriyadakı missiyası başa çatıb

post-img

Suriya hakimiyyəti Rusiya hərbçiləri ilə birlikdə Yaxın Şərq ölkəsində yerləşən “Vaqner” muzdlularına qarşı sərt tədbirlər görüb.

“Reuters”in məlumatına görə, bu, Suriyada “vaqnerçilər”in qiyamının qarşısını almaq üçün edilib.

Xüsusilə, Yevgeni Priqojinin muzdluları ilə telefon əlaqəsi və internet bağlanıb. Bəzi komandirlər zorla Xmeymim bazasına aparılıb. Onlara ya Müdafiə Nazirliyi ilə müqavilə bağlamaq, ya da Suriyanı tərk etmək təklif olunub.

Agentlik mənbələrə istinadən müqavilə imzalamaqdan imtina edən "vaqnerlilərin" bəzilərinin Rusiya Federasiyasına aparıldığını da aydınlaşdırır.

“Vaqner"in Suriyada əvvəllər oynadığı rolu tamamlandı. Bütün hadisələri nəzərə alaraq, onların Suriya Müdafiə Nazirliyi ilə əlaqəsi indi kəsilib”, - Omran Strateji Araşdırmalar Mərkəzinin sözçüsü Nəvar Şaban bildirib.

S.ELAY,

"Xalq qəzeti"

Dünya