Səudiyyə Ərəbistanı avqustda ABŞ, Şimal-Qərbi Avropa və Aralıq dənizi ölkələrindən olan alıcılar üçün neftin bütün növlərinin, eləcə də Asiyadakı müştərilər üçün bəzi növlər üzrə qiymətləri artıracaq. Bu barədə "İnterfaks" xəbər verir.
Qiymətlərdə ən ciddi artım Aralıq dənizi (1-1,1%) və Şimal-Qərbi Avropa (0,8%) ölkələrindən olan müştərilər üçün olacaq. ABŞ üçün Səudiyyə nefti 0,1% bahalaşacaq.
Asiyaya tədarük edilən əsas neftin - Arab Light markalı neftin qiyməti gələn ay bir barel üçün 0,2 dollar artacaq. Nəticədə bu, Oman və Dubaydan gələn bir səbət barrel neftdən 3,2 dollar baha olacaq.
"Xalq qəzeti"