Fransa polisi və jandarmiyası bazar günü gecə ölkəni bürümüş iğtişaşların 700-dən çox iştirakçısını saxlayıb. Bu barədə TASS “France Info” radiostansiyasına istinadən xəbər verir.
Məlumatda qeyd olunur ki, saat 08:00-a olan məlumata görə, ölkə üzrə 719 nəfər həbs olunub.
“France Info” onu da bildirir ki, Paris və ətraf rayonlarda 200-ə yaxın adam saxlanılıb.
Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, iğtişaşçılarla toqquşma zamanı 45 polis və jandarm yaralanıb.
"Xalq qəzeti"