İyunun 27-də Fransada iğtişaşlar zamanı yeniyetmənin polis gülləsindən ölməsi ilə bağlı saxlanılanların sayı 650 nəfəri ötüb. Bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanen bildirib.
"İğtişaşların sərt şəkildə yatırılması ilə bağlı göstərişlərimə uyğun olaraq, polis və jandarmlar 667 həbs həyata keçirib", - deyə Darmanen vurğulayıb.
“Le Figaro”nun Daxili İşlər Nazirliyindəki mənbələrə istinadən verdiyi məlumata görə, saxlanılanların əksəriyyəti 14-18 yaşlıdır. Fransanın daxili işlər naziri Gerald Darmanen bildirib ki, nazirlik iğtişaşları yatırmaq üçün bütün ölkə üzrə 40 min polis əməkdaşını, o cümlədən 5 min nədətini Parisdə yerləşdirəcək.
"Xalq qəzeti"