Fransada iğtişaşlar zamanı 400-dən çox adam həbs edilib

post-img

Fransada yeniyetmənin polis tərəfindən öldürülməsinə görə başlayan etirazlarda 6200 nəfər iştirak edib. BFM telekanalının məlumatına görə, iğtişaşlar nəticəsində 421 nəfər saxlanılıb.

Xüsusilə, Parisin mərkəzindəki Les Halles məhəlləsində mağazanın qarət edilməsindən sonra 14 nəfər saxlanılıb. Ümumilikdə Fransa paytaxtında azı 242 nəfər saxlanılıb. Klamart, Kompyen və Neuilly-sur-Marne şəhərlərində, eləcə də Oise departamentində gecə saatlarında komendant saatı tətbiq edilib.

Fransada 2005-ci ildən bəri ən böyük iğtişaşlar Parisətrafı Nanterdə başlayıb və üç gün əvvəl digər şəhərlərə yayılıb. Buna səbəb 17 yaşlı yeniyetmənin yolda yoxlama zamanı polis tərəfindən güllələnərək öldürülməsi olub. Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Cerald Darmanin ətraflı araşdırma aparacağına söz verib.

"Xalq qəzeti"

Dünya