Sonu görünməyən Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin Ukraynaya hərbi yardımı davam edir.
NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, təşkilatın Vilnüsdə keçiriləcək yay sammitində Ukraynaya uzunmüddətli yardım paketi təqdim olunacaq.
Yens Stoltenberq əlavə edib ki, Ukraynanın gələcəyi NATO-dan asılıdır: “Müharibə başa çatdıqdan sonra Ukraynanın təhlükəsizliyi ilə bağlı razılaşmalar olmalıdır. Bu razılaşmalar ona görə vacibdir ki, Rusiya yenidən silahlanıb Ukraynaya hücuma keçə bilməsin”.
Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"

