KXDR “nüvə silahına nüvə silahı ilə cavab verəcək”

post-img

KXDR özünün nüvə potensialını artırmaq üçün səylərini davam etdirmək, təhdid yaranacağı təqdirdə isə “nüvə silahına nüvə silahı ilə cavab vermək” niyyətindədir. “Xalq qəzeti” AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin (MK) Siyasi Bürosunun təşəbbüsü ilə keçirilən səkkizinci genişləndirilmiş plenar iclasın yekunlarına dair məlumatda deyilir. 

Plenar iclas iyunun 16-18-də ölkənin lideri Kim Çen Inın iştirakı ilə keçirilib.

Vurğulanıb ki, dövlətin müdafiə sənayesi Mərkəzi Komitənin nüvə silahlarının inkişaf etdirilməsi və nüvə qüvvələrinin yaradılmasına dair müəyyənləşdirdiyi istiqaməti saxlamalıdır.

Plenumda 2023-cü ilin birinci yarısı üçün bütün sahələrdə, o cümlədən iqtisadi sahədə görülmüş işlərə yekun vurulub. İclas iştirakçıları dəyişmiş beynəlxalq şəraitdə partiya, diplomatiya və müdafiə sahəsində strategiyanın gücləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

P.ƏMİRCANOV,

"Xalq qəzeti”

Dünya