Blinkenin Çin səfəri

post-img

ABŞ-ın Dövlət katibi Antoni Blinken Çində səfərdə olub. Səfər çərçivəsində o, Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin xarici işlər komissiyası ofisinin rəhbəri, ÇKP Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Vanq İ ilə görüşüb. Məlumatı “İzvestiya.ru” verib. 

Məlumata görə, danışıqlar qapalı keçirilib.

Blinken bir gen əvvəl çinli həmkarı Çin Qan ilə də görüşüb. Çin Qan qeyd edib ki, Çin-ABŞ münasibətləri iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından bəri ən aşağı səviyyəyə düşüb. Çin hakimiyyəti ABŞ hökumətindən “vahid Çin” prinsipinə tərəfdar olmağı və Tayvan separatçılarına kömək etməməyi tələb edir.

Çin Qan xatırladıb ki, ölkəsi ABŞ-la münasibətlərə qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında yanaşır. Çin sabit, proqnozlaşdırıla bilən və konstruktiv Çin-ABŞ münasibətləri qurmağa sadiqdir.

Blinken isə tərəflər arasında bütün məsələlər üzrə kommunikasiyaların açıq saxlanmasının vacibliyini bildirib. 

P.ƏMİRCANOV,

"Xalq qəzeti”

Dünya