İstanbulda yeddi İŞİD terrorçusu ələ keçirilib

post-img

İstanbul polisinin terrorizmə qarşı mübarizə üzrə şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat nəticəsində İŞİD terror təşkilatının üzvü olmaqda şübhəli bilinən yeddi nəfər saxlanılıb. Məlumatı “Anadolu” verib.

İstanbul Prokurorluğunun məlumatına görə, saxlanılanlardan dördü haqqında həbs hökmü verilib. Onların arasında “Ninova qubernatoru” adlandırılan, İŞİD-in hakimiyyəti dövründə İraqın ikinci böyük şəhəri olan Mosulda terrorçulara rəhbərlik etmiş Cəlal İsmayıl Əhməd Əhməd də var.

İstintaqdan sonra iş məhkəməyə göndəriləcək. 

P.ƏMİRCANOV,

"Xalq qəzeti”

Dünya