Portuqaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Marselu Rebelu de Souzaya

post-img

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Portuqaliya Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqına daim firavanlıq və rifah arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 iyun 2023-cü il

Məktublar