Ərdoğan Şimali Kiprə və Azərbaycana səfərə başlayır

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ənənəyə uyğun olaraq, seçkidən sonra ilk xarici səfərini Şimali Kipr Türk Respublikasına və Azərbaycana edəcək. Məlumatı “Anadolu” verib. 

Türkiyə lideri iyunun 12-də Şimali Kiprə gedəcək. Burada Prezident Ersin Tatar və Baş nazir Unal Ustellə görüşəcək. Görüşlərdə Kipr ətrafındakı və ümumilikdə Şəqri Aralıq dənizindəki vəziyyət müzakirə olunacaq. İki ölkə liderləri birgə mətbuat konfransında çıxış edəcəklər.

İyunun 13-də isə Ərdoğan Bakıya gələcək və azərbaycanlı həmkarı İlham Əliyevlə məhdud və geniş tərkibdə danışıqlar aparacaq. İki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı gələcək addımlar ətrafında müzakirə apılacaq. Liderlər regional və beynəlxalq gündəliyi də müzakirə edəcəklər. 

P.ƏMİRCANOV,

"Xalq qəzeti”

Son xəbərlər