Rusiya əks-hücuma sərt müqavimət göstərir

post-img

Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun qarşısını uğurla alır. Bu, ABŞ rəhbərliyində ciddi narahatlıq yaradıb. Bu barədə CNN-nin efirində amerikalı jurnalist Fred Pleytten bəyan edib. 

Telekanal Zaporojye istiqamətində məhv edilmiş Ukrayna “Leopard” tanklarını və M2 “Bredley” piyadaların döyüş maşınlarını nümayiş etdirib: “Qərbdən Ukraynaya göndərilmiş hərbi avadanlıq kolleksiyası məhv edilib”. 

Pleytten qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın sərt müqaviməti ilə qarşılaşıb. Onun sözlərinə görə, ABŞ rəsmiləri RF SQ-nin uğurlarını narahatlıqla izləyirlər. 

 

P.ƏMİRCANOV, 

“Xalq qəzeti”

Dünya