Belçika Ukraynaya humanitar yardım göndərir

post-img

Belçika hökuməti Ukraynaya ümumi dəyəri 3,45 milyon avro olan humanitar yardım göndərəcək. Bu barədə Krallığın Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Kaxovka Su Elektrik Stansiyasının dağıdılmasının fəsadlarını aradan qaldırmağa sərf olunacaq yardımların ən qısa zamanda Ukraynaya çatdırılması planlaşdırılıb.  

Yardım paketinə çadırlar, döşəklər, yataq çantaları, bidonlar və gigiyena dəstləri, eləcə də dərman vasitələri, əsas tibbi avadanlıqlar, elektrik generatorları daxil edilib.

 

Rizvan FİKRƏTOĞLU,

"Xalq qəzeti"

Dünya