Türkiyədə hərbi zavodda partlayış baş verib

post-img

Türkiyənin Ankara şəhərində Maşınqayırma və Kimya Sənayesi müəssisəsinin raket və partlayıcı maddələr zavodunda partlayış olub.

Türkiyə Milli Müdafiə Nazirliyi partlayış nəticəsində 5 işçinin həlak olduğunu açıqlayıb.

Partlayış səhər saatlarında fabrikdəki yanğından sonra zavodun istehsalat bölümündə baş verib. 

Hadisə yerinə yanğınsöndürənlər və tibb işçiləri cəlb edilib. Yanğın söndürülüb. Partlayışın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

 

Rizvan FİKRƏTOĞLU,

"Xalq qəzeti"

Dünya