Türkiyənin ticarət gəmisi girov götürülüb

post-img

İtaliyanın müdafiə naziri Quido Krosetto məlumat verib ki, Türkiyənin ticarət gəmisi Neapol sahillərində miqrantlar tərəfindən girov götürülüb.

Nazir bildirib ki, İtaliya donanmasının üzvlərindən ibarət dəstə Türkiyə gəmisinin azad edilməsi istiqamətində səy göstərir. 

İlkin məlumata görə, gəmi 15 miqrant tərəfindən qaçırılıb. Ticarət gəmisinin göyərtəsində 22 ekipaj üzvü olduğu bildirilir.

 

Rizvan FİKRƏTOĞLU,

"Xalq qəzeti"

Dünya