Belçika Ukraynaya hərbi yardımını davam etdirəcək

post-img

Belçika hökuməti Ukraynaya silah tədarükünü davam etdirəcək. Bu barədə Belçika müdafiə naziri Lüdvin Dedonder yerli mətbuata müsahibəsində deyib.

Nazir bildirib ki, Ukraynaya tədarük edilən silahlar ölkə ərazisinin müdafiəsi üçün nəzərdə tutulub.

Bununla bağlı Ukrayna ilə razılaşmanın bu yaxınlarda imzalanması gözlənilir. 

Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"

Dünya