Sudan BMT nümayəndəsini “persona non qrata” elan edib

post-img

Sudanın hakimiyyət orqanları BMT nümayəndəsi Folker Pertesin ölkəyə yolunun bağlandığını elan edib. Bu barədə beynəlxalq media Sudan XİN-ə istinadən məlumat yayıb. 

XİN-in bəyanatında deyilir: “Sudan hökuməti BMT-nin Baş katibini məlumatlandırıb ki, Folker Pertes persona non qrata elan olunub”.

Bu addım Sudan ordusunun komandanı Əbdül Fəttah əl-Burhanın Pertesi ölkədə bu il alovlanmış münaqişəni qızışdırmaqda suçladıqdan sonra atılıb. Burhan BMT-yə müraciət edərək Sudandakı nümayəndəsini dəyişməyi xahiş edib. 

Sudanda qarşıdurma bu ilin aprelində başlayıb. Son həftələrdə tərəflər bir neçə dəfə atəşkəs barədə razılaşma əldə etsə də, hərbi toqquşmalar davam edir.

P.ƏMİRCANOV

"Xalq qəzeti”

Dünya