Rusiyanın “Qazprom” şirkəti yaradılacaq qaz habının konsepsiyasını, parametrlərini və fəaliyyət prinsiplərini Türkiyə tərəfinə təqdim edib. Bu barədə Rusiya şirkətinin hazırladığı illik hesabatda bildirilir.
“2022-ci ilin oktyabrından “Qazprom” türkiyəli tərəfdaşlarla birgə bu ölkədə qaz habının yaradılması məsələsini işləyib hazırlayırlar. Rusiya tərəfi artıq habın yaradılması ilə bağlı özünün konsepsiyasını təqdim edib”, - deyə məlumatda qeyd edilir.
2022-ci ilin oktyabrında Rusiya Prezidenti Vladimir Putin də Rusiyadan Türkiyəyə Qara dənizin dibi ilə əlavə qaz xətlərinin çəkilməsi və Aİ-nin sərhədində Avropada qazın qiymətinin müəyyənləşdirilməsində alternativ ola biləcək qaz habının yaradılması təşəbbüsünü irəli sürmüşdü.
P.ƏMİRCANOV,
"Xalq qəzeti"

