“Kızılelma” və “Akıncı”nın birgə uçuşları

post-img

Türkiyənin “Kızılelma” və “Akıncı” pilotsuz uçuş aparatlarının (PUA) uçuşları ilk dəfə ictimaiyyətə açıq şəkildə həyata keçirilib.

“Baykar” şirkətinin istehsalı olan PUA-ları F-16 və F-5 qırıcılarından ibarət SOLOTÜRK və “Türk ulduzları” müşayiət edib. 

Qeyd edək ki, “Kızılelma” ötən həftələrdə Türkiyə Hərbi Dəniz Qüvvələrinin donanmasına qəbul olunan “TCG Anadolu” amfibiya hücum gəmisində də xidmət göstərəcək. PUA-nın bu gəmidə keçiriləcək uçuş sınaqlarının 2025-ci ildə başlanılması hədəflənib.

Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"

Dünya