Qardaş Türkiyədə “Uber” şirkətinin fəaliyyəti ölkənin məhkəməsinin qərarı ilə qadağan edildi.
Türkiyə KİV-nin məlumatına görə, səbəb kimi qeyri-sağlam rəqabətin olması göstərilir. Ölkədə şirkətin internet saytına giriş də əngəllənib.
Bildirilir ki, “Uber”in fəaliyyətinin dayandırılması məsələsinə İstanbul Taksi Sürücüləri Dərnəyinin qaldırdığı iddia əsasında baxılıb.
Qeyd edək ki, Azərbaycanda da "Uber" kimi xarici ölkələrin taksi şirkətlərinin fəaliyyətlərinə dair narazılıqlar var. Bu istiqamətdə ciddi tədbirlərin görülməsi planlaşdırılır.
Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"