Ukraynada Kaxovka SES-in bəndi partladılıb

post-img

Rusiya ordusu Kaxovka Su Elektrik Stansiyasını (SES) məsafədən partlatmaq üçün bəndə partlayıcı maddələr və texnika yerləşdirib.

“Xalq qəzeti” AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov teleefirdə bəyanat verib.

“Məsafədən nəzarət olunan partlayış həyata keçirmək üçün partlayıcı maddələrin, müvafiq texnikanın daşınması faktları mövcuddur, belə faktlar və sübutlar var”, - deyə o bildirib. Yusovun sözlərinə görə, partlayıcı maddələrin gücünün dəyərləndirməsi barədə dəqiq məlumat az sonra veriləcək.

Qeyd edək ki, bu gecə Rusiya qoşunları Kaxovka SES-ində bəndi partladıblar. “Ukrhidroenerqo”dan bildiriblər ki, stansiya tamamilə dağıdılıb və bərpası mümkün deyil.

Prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak qeyd edib ki, bəndin RF ordusunun 205-ci motoatıcı hissəsi tərəfindən partladılması ehtimal olunur.

Kaxovka SES-in partladılması 80 yaşayış məntəqəsini su altında qalmaq təhlükəsi ilə üz-üzə qoyub. Hakimiyyət orqanları insanların ərazidən təxliyəsini həyata keçirir.

“Xalq qəzeti”



Son xəbərlər