“Nyu York Tayms”: Ukrayna hücuma başlayıb

post-img

“Nyu York Tayms” xəbər verir ki, ABŞ Ukraynanın Rusiyaya qarşı əks-hücuma başladığını hesab edir. Bildirilir ki, Ukrayna tərəfi ABŞ-a yalnız ordunun əks-hücuma keçəcəyi ilə bağlı müvəqqəti planlar təqdim edib.

ABŞ hərbçiləri də Rusiyadan fərqli olaraq, Ukrayna mövqelərində aktivliyin qeydə alındığını bildirirlər. Lakin rəsmi Kiyev əməliyyatların başladığını elan etməyib.

Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"

Dünya