Paşinyan: Ermənistan İrana qarşı sanksiyalara əməl etməyə məcbur olub

post-img

Ermənistan sanksiyalara məruz qalsa, bundan onsuz da müttəfiqlərin vəziyyəti yaxşılaşmayacaq. Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.

“Bizim belə bir sanksiya rejiminə tab gətirmək üçün resurslarımız yoxdur”, - Ermənistanın baş naziri hakimiyyətin Rusiya ilə ticarətlə məşğul olan şirkətlərə (sanksiyalardan yayınmaq üçün) nəzarəti gücləndirib-etdirməməsi ilə bağlı suala cavab verib.

“Ermənistan İranla heç də az vacib olmayan əlaqələr saxlayır, lakin bu ölkəyə qarşı beynəlxalq sanksiyalar elan olunanda İrəvan da onlara əməl etmək məcburiyyətində qaldı. Bununla belə, sanksiyalar səhlənkarlıqla pozula bilər. Üstəlik, onların rejimi mürəkkəbdir və tez-tez dəyişir”, - deyə Paşinyan qeyd edib.

"Xalq qəzeti"

Dünya