Gürcüstan Hava Yollarına məxsus təyyarə Tbilisidən Moskvaya uçub

post-img

Gürcüstanın "Georgian Airways" aviaşirkətinin 2019-cu ildən bəri ilk təyyarəsi Tbilisidən Moskvaya uçub. Bu barədə “Gazeta.ru” xəbər verir.

Aviaşirkət mayın 16-da uçuşa icazə alıb.

Agentliyin məlumatına görə, təyyarə 80% yüklənib. Sərnişinlərdən biri bilet almaqda heç bir çətinlik olmadığını, lakin “Georgian Airways”in mobil tətbiqi olmadığından onu sayt vasitəsilə almalı olduqlarını bildirib.

Mayın 19-da Rusiyanın “Azimut” aviaşirkətinin təyyarəsi dörd illik fasilədən sonra Moskvadan ilk birbaşa uçuşu həyata keçirərək Tbilisi hava limanına enib.

Gürcüstan Mülki Aviasiyası da Rusiyanın "Red Wings" aviaşirkətinə Tbilisi və Kutaisiyə uçuşlara icazə verib.

Mayın 10-da Rusiya prezidenti Vladimir Putin 2019-cu ilin iyun ayından qüvvədə olan Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşlarına qoyulan qadağanı ləğv edib və Rusiyaya gələn Gürcüstan vətəndaşları üçün də vizasız rejim bərpa edilib.

S.ELAY,

"Xalq qəzeti"

Dünya