ABŞ Ticarət Departamenti Rusiyada 1,2 mindən çox məhsulu qara siyahıya salıb

post-img

ABŞ Ticarət Nazirliyi Rusiya və Belarusa aid 1224 adda məhsulun idxalına ixrac məhdudiyyəti qoyub. Bu barədə TASS məlumat yayıb.

Bildirişdə deyilir ki, həmin məhsulların Rusiyaya və ya Belarusiyaya ixracı və ya təkrar ixracı üçün lisenziya tələb olunacaq".

Qeyd olunur ki, ABŞ hakimiyyəti “Rusiya və Belarus sənayesi sektoruna qarşı sanksiyaların əhatə dairəsini genişləndirir”.

Məlumat verilir ki, sanksiyaların genişləndirilməsi ilə təchizatçılar ABŞ məhsullarına xüsusi lisenziya almadan hüquqi şəxslərə göndərə bilməyəcəklər.

Mayın 19-da ABŞ Ticarət Departamenti Ermənistan və Qırğızıstan da daxil olmaqla Rusiyaya bağlı 71 təşkilatın ixracına məhdudiyyətlər qoyub. Rusiyanın bir sıra müdafiə müəssisələri yeni sanksiyalara məruz qalıb.

Bundan əvvəl G7 ölkələrinin liderləri də bildiriblər ki, G7 ölkələri Rusiya Federasiyasının və onu dəstəkləyənlərin xərclərini artırmaq üçün sanksiyalar tətbiq edirlər.

S.ELAY,

"Xalq qəzeti"

Dünya